Suriyanın şimalında baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 237 nəfərə çatıb.
Bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb.
Zəlzələ nəticəsində 639 nəfər xəsarət alıb. Məlumata görə, Hələb, İdlib, Latakiya və Həma əyalətlərində dağılmış binaların altında onlarla adam qalıb.
Suriyada baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı artıb.
Anadolu agentliyinin verdiyi xəbərə görə, təbii fəlakət zamanı azı 100 nəfər ölüb, 200 nəfər yaralanıb.
Suriyada baş vermiş dəhşətli zəlzələ nəticəsində ölənlərin ilkin sayı açıqlanıb.
Hələb və Həmada zəlzələ nəticəsinə çoxlu sayda yaşayış binası dağılıb, 42 nəfər həlak olub, 200-ə yaxın insan yaralanıb.
Ölü və yaralı sayının artacağı istisna edilmir.
Türkiyədə baş verən zəlzələ ilə eyni vaxtda Suriyada da güclü təkanlar hiss edilib.
Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.
Bildirilir ki, yeraltı təkanlar Həma əyalətinin mərkəzində bir neçə binanın dağılmasına səbəb olub. Hadisə yerinə Suriya Qızıl Aypara Cəmiyyətinin təcili yardım maşınları cəlb olunub.
“Əl-Cəzirə” telekanalının məlumatına görə, Hələb və İdlib şəhərlərində yaşayış binalarının dağıntıları altından altı nəfərin cəsədi tapılıb.
Axtarış-xilasetmə işləri davam edir.