Ursula fon der Leyen Ukraynaya 9 milyard avroya qədər yeni makromaliyyə yardımı təklif edib

18 May, 18:09

Avropa Komissiyasının sədri Ursula fon der Leyen Ukraynaya 9 milyard avroya qədər yeni makromaliyyə yardımı təklif edib.

Voicepress.az CNN-ə istinadən xəbər verir ki, Ukraynaya 9 milyard avroya qədər makromaliyyə yardımı təklif edən Ursula fon der Leyen, “Biz bu müharibə boyu və ölkələrini yenidən qurarkən onların yanında olmağa davam edəcəyik. Əlbəttə ki, müahribədən sonra daha geniş bərpa səyləri haqqında düşünməliyik” deyə qeyd edib. O,  Aİ-nin bərpa səylərinə rəhbərlik etməkdə strateji cəhətdən maraqlı olduğunu vurğulayıb.