Rus deputatdan şok tələb: “Azovstal”dan çıxan əsgərlər edam olunsun”

18 May, 16:26

“Azovstal” fabrikindən təxliyə edilən 264 əsgərin rus əsgərləri ilə dəyişdiriləcəyi gözlənildiyi halda, Rusiya Liberal Demokrat Partiyasının deputatı Leonid Slutski əsgərlərin yaşamağa layiq olmadığını və edam edilməli olduğunu deyib.

 Voicepress.az xəbər verir ki, Rusiya Liberal Demokrat Partiyasının deputatı Leonid Slutski Moskva parlamentində Azov əsgərlərinin ruslarla dəyişdirilməsi ilə bağlı müzakirələr zamanı təslim olan əsgərləri “insan formasında heyvanlar” adlandırıb. Təslim olan əsgərlərin insanlığa qarşı dəhşətli cinayətlər törətdiyinə görə yaşamağa layiq olmadığını bildirən rusiyalı deputat onların hamısının edam edilməli olduğunu bildirib.

Xatırladaq ki, Ukraynanın Mariupol şəhərində Rus ordusuna qarşı mübarizə simvoluna çevrilən  “Azovstal” zavodunda qapalı qalan əsgərlərdən 264-ü dünən təxliyə edilib. Ukrayna müdafiə nazirinin müavini Hanna Maliar ölkənin cənubundakı Mariupol şəhərində rus əsgərləri tərəfindən mühasirəyə alınan “Azovstal” polad zavodundan 264 əsgərin təxliyə edildiyini, onlardan 53-nün ağır yaralandığını, 211 əsgərin isə Novoazovsk vilayətindəki hərbi hospitala aparıldığını bildirib.

\voicepress.az\