Bu günlərdə məlumat verdiyimiz kimi Fransada yeni Prezident seçkiləri keçirildi. Cari ilin may ayının 13 də də Makronun and içmə mərasimi keçirildi və beləliklə yeni 5 illik müddət üçün prezidentlik səlahiyyətlərinə başladı. Xatırladaq ki, Emanuel Makronu xatırlatmaq ilk təbrik edən, İngiltərə baş naziri olub.
Voicepress.az-ın Paris bürosunun verdiyi xəbərə görə, ötən gün Fransa Prezidenti Emanuel Makron Fransanın baş naziri Jan Kasteksin istefasından sonra baş nazir postuna Elizabet Borneni təyin edib.
Qeyd edək ki, Borne daha əvvəl əmək naziri olarak fəaliyyət göstərib. 2017 ci ildən etibarən isə Makronla eyni siyasi partiyanın üzvüdür. 61 yaşlı Elizabet Borne Fransa tarixinin 25-ci baş naziri olsa da, Fransa mətbuatı tərəfindən olduqca fərqli qarşılama ilə fəaliyyətinə start verib.
Belə ki, Elizabetin yeni təyinatı ilə əlaqədar bir sıra Fransız mətbuatı “Elizabet cəhənnəmə xoş gəldin” başlığı ilə görünür baş naziri fransızsayağı təbrik ediblər.
Digər tərəfdən Makron sosial media hesabından etdiyi paylaşımda istefa edən baş nazirə və komandasına ölkəyə göstərdiyi xidmətlərə görə təşəkkür edib: “Təxminən iki il Fransaya sədaqətlə xidmət etdiniz. Görülən işlərlə, əldə olunan nəticələrlə birlikdə fəxr edək”, – deyə o bildirib.
Borne 1991-1992-ci illərdə baş nazir vəzifəsində çalışmış Edit Kressondan sonra bu vəzifəyə təyin olunan ilk qadın olub. Baş nazir vəzifəsinə təyin edilən və yeni hökuməti formalaşdırmaqla vəzifələndirilən Borne, Makron dövrünün ilk baş naziri olan Eduard Filipin hökumətində nəqliyyat naziri vəzifəsində çalışmış, daha sonra ətraf mühit naziri vəzifəsinə təyin edilmişdir. Borne Castex hökumətində əmək naziri vəzifəsində çalışıb. Bornenin sosialist yönlü olduğu bilinir.
Bornun Əmək Nazirliyi dövründə ölkədə işsizlik son 15 ilin ən aşağı səviyyəsinə, gənclər arasında işsizlik isə son 40 ilin ən aşağı səviyyəsinə düşdüyü qeydə alınıb. “Əsl işkolik səhər 3-ə qədər işləyə bilən və səhər 7-də qayıda bilən adamdır”, deyə Bornenin keçmiş işçilərindən biri onun haqqında bildirib.
Prof. Dr. Osman Vançin\ Paris \Voicepress.az\