Gizli məzardan 11 nəfərin cəsədi tapıldı

9 Mart, 13:51

Meksikanın Sonora əyalətində gizli bir məzarda aparılan qazıntılar zamanı 11 cəsəd tapılıb.

 Voicepress.az xəbər verir ki, Meksika mediasında çıxan xəbərə görə əyalətə bağlı San Luis Rio qəsəbəsində gizli bir məzardan 11 cəsəd aşkarlanıb. Məzardan çıxan cəsədlərdən ikisinin qadın olduğu təsbit edilib.

Kriminal İstintaq Şöbəsinin verdiyi açıqlamada cəsədlərin yanında çoxsaylı əşyaların da basdırıldığı qeyd olunub.  Qurbanların dəstələr arasındakı mübahisə zəmnində öldürüldüyü düşünülür.

Onu da qeyd edək ki, itkinlərin axtarış şöbəsinin hesabatına görə Meksikada 94500 insan itkin düşüb.