Rusiyanın nəzarətində olan Çernobil AES-sı ilə bağlı təcili xəbərdarlıq edildi.
Voicepress.az xarici mediaya istinadən xəbər verir ki, Ukrayna Xarici İşlər Nazirliyi, stansiyanın bağlı qalması səbəbindən yığılan nüvə, yanacaqların soyutma prosesini dayandırdığını, 48 saat sonra radioaktiv buludun yayılabiləcəyini açıqlayıb. Nazirlik qeyd edib ki, enerji təchizatı, işlənmiş nüvə yanacağı anbarının fasiləsiz soyudulması üçün lazımdır, soyutma isə yoxdur. Belə olduğu halda gözləmə hovuzlarındakı temperaturun artacağı və buxarlanmadan sonra radioaktiv maddələrin ətraf mühitə yayılması başlayacaq.
Elektrik stansiyasının soyutma hovuzlarının dizel generatorları ilə soyudulması 48 saat davam edəcək. Bu müddətdən sonra elektrik stansiyası ciddi risklərlə üzləşəcək.
Ukraynanın dövlət nüvə şirkəti olan “Enerqoatom” bildirib ki, Ukrayna və Rusiya qüvvələri arasında münaqişə Rusiya qüvvələri tərəfindən ələ keçirilən stansiyaya gedən yüksək gərginlikli elektrik xəttinin dərhal təmirini mümkünsüz edib.
Ukrayna Xarici İşlər naziri Kuleba açıqlamasında: “Bundan sonra işlənmiş nüvə yanacağının saxlanması üçün anbarın soyutma sistemləri dayanacaq və radiasiya sızmaları tezliklə baş verəcək” deyə bildirib. O, beynəlxalq ictimaiyyətdən Rusiyanın atəşi dayandırmasını və təmir bölmələrində enerji təchizatını bərpa etməyə icazə verməsini tələb edib.