Çe Gevaranı öldürən əsgər öldü

11 Mart, 10:58

 1967-ci ildə Bolviyada həyata keçirilən əməliyyat zamanı argentinalı komunist partizan Ernesto Ça Gevaranı öldürən əsgər Mario Teran Salazar bir müddətdir müalicə aldığı xəstəxanada ölüb.

 Voicepress.az bu barədə Bolviyada yayımlanan “El Deber” nəşrində məlumat dərc edilib. Məlumatda Çe Gevaranın yaxalandığı hərbi əməliyyatı idarə edən təqaüddə olan General Qari Prado Salmon, Salazarın ölümcül xəstəliyə tutulduğunu və ölkənin Santa Kruz əyalətində bir müddətdir müalicə aldığı xəstəxanada öldüyünü təsdiqləndiyi bildirilib. Salmon silahdaşı haqqında: “Cəsur adam idi. Onunla mütəmadi əlaqə saxlayırdım. Onu ən çox narahat edən şey mətbuatın hücumu idi. Adını gizlədirdi. Çünki o yalnız rəhbərliyin əmrini könüllü şəkildə icra edirdi” deyib.

\Voicepress.az\