2022-ci ilin həyat xərclərinin ən ucuz və ən bahalı ölkələr – Araşdırma

11 Mart, 12:28

Bəzi ölkələrdə, xüsuilə də böyük şəhərləri əhatə edən ərazilərdə yaşayış xərcləri çox yüksəkdir. Məsələn; ABŞ, Nyu-York və San-Fransisko kimi şəhərlərdə  həyat olduqca bahalıdır. Elə ölkələr də var ki, yaşayış xərcləri olduqca ucuzdur. Bu münasib qiymətlər uzunmüddətli yaşamaq üçün yer axtaran əcnəbilər, immiqrantlar, təqaüdçü və turistlər üçün xeyli cəlbedicidir.

Voicepress.az oxucular üçün 2022- ci ildə dünya üzrə yaşam xərclərinin ən baha və ən ucuz olduğu ölkələrini araşdırıb.

Bu  şəhərlərdə kirayə, yanacaq, səhiyyə, nəqliyyat, gündə üç dəfə yemək və müxtəlif ehtiyaclar da daxil olmaqla aylıq yaşam xərci hesablanıb.

Yaşam xərclərinin ucuz olduğu ölkələr

  1. Əfqanıstan – 354 ABŞ dolları
  2. Pakistan- 370 ABŞ dolları
  3. Hindistan-423 AB dolları
  4. Tunis – 424 ABŞ dolları
  5. Şri-Lanka- 428 AB dolları
  6. Qırğızıstan- 430 ABŞ dolları
  7. Əlcəzair- 431-ABŞ dollar
  8. Suriya- 435 ABŞ dollar
  9. Nepal- 439 ABŞ dollar
  10. Türkiyə- 447 ABŞ dollar

Həyat xərclərinin ən baha olduğu ölkələr

  1. Monako- 3786 ABŞ dolları
  2. Kayman Adaları- 2853 ABŞ dolları
  3. İsveçrə-2497 ABŞ dolları
  4. İrlandiya-2319 ABŞ dolları
  5. Lixtenşteyn- 2315 ABŞ dolları
  6. İslandiya- 2205 ABŞ dolları

7.Sinqapur- 2183 ABŞ dolları

  1. Lüksemburq- 2168 ABŞ dolları
  2. Norveç- 2073 ABŞ dolları

10.ABŞ- 1951 ABŞ dolları

 İstifadə olunan resurslar: livingcost.org, worldpopulationreview.com, numbeo.coma