Almaniyada klinika Rusiya və Belarusiya vətəndaşlarına xidmət göstərməyəcək?

11 Mart, 10:05

Almanyanın Münhen şəhərində klinika Rusiya ve Belarusiya vətəndaşlarına xidmət göstərməyəcək.

Voicepress.az xəbər verir ki, bu barədə Rusiya Kinomatoqrafçılar Birliyində kinodramaturqlar şöbəsinin sədri, ssenarist Aleksey Aleşkovski sosial şəbəkədəki hesabında məlumat paylaşıb. O, iddia edir ki, “Almaniyanın Münhen şəhərində yerləşən İatros Klinikası Rusiya və Belarusiya vətəndaşlarına xidmət göstərməmək qərarı verib. Ən ağır xəstələrdən belə imtina ediləcək. Bu qərar Almaniya qanunlarına belə ziddir və cinayət hesab olunur”.

Münhen şəhərində yerləşən sözügedən klinika bir neçə saat əvvəl öz rəsmi səhifəsində yol verilən bu hərəkətə görə üzrxahlıq məktubu yayımlayıb.