Azərbaycanlı televiziya əməkdaşı Rusiyada təyyarə qəzasında öldü

9 Mart, 10:22

Rusiyanın Sankt-Peterburq şəhərində bədbəxt hadisə nəticəsində 40 yaşlı Azərbaycan vətəndaşı həlak olub.

Voicepress.az APA-ya istinadən xəbər veriri ki, əvvəllər regional kanallarda müxtəlif vəzifələrdə çalışan Müşfiq İbrahimov Sankt-Peterburq şəhərində yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində ölüb.

Rusiya mətbuatının yazdığının görə, qəza zamanı iki nəfər həlak olub.

M.İbrahimov əslən Quba rayonundandır, ailəlidir, 3 övladı var.