ASRP sədri Dünya Türklərinin Novruz Bayramını təbrik etdi

20 Mart, 12:21

 

“Novruz Bayramınız Mübarək!” Bunu VOİCEPRESS-ə açılamasında Azərbaycan Sosial Rifah Partiyasının sədri Əsli Kazımova deyib. Onun sözlərinə görə, Novruz bayramı bütün Türk dünyasının bolluq və bərəkət bayramıdır.

ASRP sədrinin bayram təbrikini diqqətinizə çatdırırıq:

“Əziz Türk dünyası, Əziz Turan, Əziz Xalqım və Dünya Azərbaycanlıları,hər birinizin Novruz Bayramınızı səmimi qəlbdən təbrik edirəm. Əvvəla 30 ildən sonra Novruz tonqalının Şuşada qalanması münasibəti ilə bütün Türk dünyasına göz aydınlığı vermək istəyirəm. Gözünüz aydın olsun! Şuşadakı Novruz tonqalı, bütün Türk dünyasının bölgədə ədalət, sülh və barışı simvolizə edir. Bu isə bizim üçün ikiqat bayramdır. Arzu edirəm ki, bu Novruz elimizə, obamıza, yurdumuza sülh və əminamanlıq gətirsin! Arzu edirəm ki, bu təravətli Novruz Bayramı bütün Türk övladlarına sevinc və xoşbəxtlik gətirsin. Qoyun süfrələriniz ruzu, qəlbləriniz xoş hisslərlə dolsun! Sağlamlığınız möhkəm, arzularınız sonsuz, ümidləriniz gərçək olsun! Novruz tonqalımızın

Uca Tanrı Sizlərə bir- birindən həyat sevgisi ilə dolu xoşbəxt günlər nəsib etsin! Novruz Bayramınız mübarək!”