Goranboyda baş vermiş yol qəzasında iki nəfər xəsarət alıb

22 Yanvar, 12:05

Goranboyda yol qəzası olub, yaralananlar var.

VOICEPRESS-in Mingəçevir bürüosunun məlumatına görə, hadisə Qızılhacılı kəndi istiqamətində baş verib.

Hərəkətdə olan iki minik avtomobilinin toqquşması nəticəsində Həsənova Mehriban Həsən qızı və Adıgözəlov Əli Xanlar oğlu müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya  yerləşdirilib. Hər iki şəxsin rayon sakinləri olduğu deyilir.