Berlində II Dünya Müharibəsi dövrünə aid bomba aşkarlanıb

22 Yanvar, 14:09

Berlinin mərkəzində aşkarlanan İkinci Dünya Müharibəsi dövründən qalma bomba zərərsizləşdirilib.

VOICEPRESS-in xəbər verir ki, bu barədə şəhər polisi öz “Twitter” səhifəsində məlumat yayıb.

“İkinci Dünya Müharibəsi dövrünə aid bomba zərərsizləşdirildi. Ərazi tezliklə boşaldılacaq”, – məlumatda belə deyilir.

Bildirilir ki, mərmi Berlin Senatının yerləşdiyi binanın yaxınlığındakı tikinti sahəsində aşkar olunub. Bombanın olduğu yerdən 500 metr radiusda olan bütün insanlar təxliyyə edilib.