Prezident Abel Məhərrəmovu rektor vəzifəsindən AZAD ETDİ

15 Noyabr, 16:18

Prezident İlham Əliyev Bakı Dövlət Universitetinin rektoru Abel Məhərromovun vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, sərəncamda bildirilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Abel Məmmədəli oğlu Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilsin”.

Abel Məhərromov 1976-cı ildən Azərbaycan Dövlət Universitetində çalışırdı. O, əvvəlcə universitetdə baş elmi işçi, baş müəllim, dosent, tədris hissəsinin müdiri, dekan müavini vəzifələrində çalışıb.

1991-ci ildən Bakı Dövlət Universitetinin professoru, 1993–1999-cu illərdə kimya fakültəsinin dekanı olub. 1999-cu ildən Bakı Dövlət Universitetinin rektoru idi.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here