“Mançester Yunayted” İtaliyadan “yox” cavabı aldı

18 Noyabr, 20:21

İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “Napoli” klubu ilə anlaşa bilməyib.

VOİCEPRESS.AZ xəbər verir ki, italyanlar ingilislərə müdafiəçi Kalidu Kulibalini satmayacaqları bildiriblər.

İmtinaya səbəb kimi futbolçunun transfer qiyməti göstərilir.

Mançester təmsilçisi seneqallı futbolçuya görə “Napoli”yə 90 milyon avro təklif etsə də, italyanlar futbolçunu 100 milyon avrodan aşağı satmayacaqlarını bildiriblər.

Nəticədə iki klub arasında aparılan danışıqlar uğursuz başa çatıb.

Qeyd edək ki, Kulibalinin transferində həmçinin “Real”, “Barselona”, “Manşester Siti” və “Bavariya” kimi klublar maraqlıdır.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here