Avropa İttifaqı Əfqanıstana 500 mln. avroya yaxın yardım ayırıb

28 Noyabr, 01:54

Avropa İttifaqı (Aİ) Əfqanıstanda islahatların keçirilməsinə 474 milyon avro vəsait ayırıb.

VOİCEPRESS.AZ TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə axşamı Avropa Komissiyasının (AK) mətbuat xidməti məlumat yayıb.

“Bu gün Avropa Komissiyası Əfqanıstanda dövlət quruculuğunun dəstəklənməsi və dövlət sektoru, səhiyyə, məhkəmə və seçki sahələrində islahatların aparılması, habelə miqrasiya və yerdəyişmə məsələlərinin dəstəklənməsi üçün 474 milyon avro məbləğində maliyyə paketi ayırdığını açıqlayıb”, – deyə bəyanatda bildirilir.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here