Putin rekord qırdı

19 Mart, 10:19

Rusiya Mərkəzi Seçki Komissiyası prezident seçkisində verilən səslərin 99,75%-ni hesablayıb.

VOİCEPRESS.AZ xəbər verir ki, son nəticəyə əsasən lider dəyişməyib. Belə ki, Rusiya Prezidenti Vladimir Putin 76,67% səs toplayıb.

Bu göstərici Putinin indiyə qədər bütün seçkilərdə topladığı ən yüksək nəticə olub. Ondan sonrakı yerləri Kommunist Partiyasından Pavel Qrudinin (11,79%) və Liberal Demokrat Partiyasından Vladimir Jirinovski (5,66%) tutub.

Kseniya Sobçak 1,67%, Yabloko Partiyasının lideri Qriqori Yavlinski 1,04%, Boris Titov 0,76%, Maksim Suraykin 0,68%, Sergey Baburin isə 0,65% səs toplayıb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here