Səfir: “Bu cəhdlər İraqı parçalayacaq”

16 Avqust, 11:15

İraq Kürd Muxtariyyətinin müstəqilllik qazanmaqda təkid etməsi İraqin parçalanmasına gətirib çıxara bilər.

VOİCEPRESS xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Rusiyanın Bağdaddakı səfiri Maksim Maksimov deyib.

“Regional rəhbərliyin müstəqillik məsələsində təkid etməsi İraqın parçalanıb zəifləməsinə səbəb ola bilər. Belə vəziyyət də bölgədəki terror təşkilatlarını hərəkətləndirər və İraqın terrorla mübarizə qabilliyyətini zəiflədər. Bağdad və Ərbilin ortaq hədəfi terrorçuları məhv etmək, ölkəni yenidən canlandırmaq və İraq xalqını birləşdirmək olmalıdır. Bağdad və Ərbil rəhbərlikləri İraqın gələcəyinə dair qərarları dialoq yolu ilə qəbul etməlidir”,- o bildirib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here