“Beş mərtəbə” dairəsi ləğv olunaraq parka birləşdirildi

27 Aprel, 16:05

“Yasamal rayonu Akademik Milli Dram teatrının və “Təzəpir” məscidi kompleksinin ətrafında aparılan yenidənqurma işləri çərçivəsində “Beş mərtəbə” dairəsi ləğv olunaraq park ərazisinə birləşdirilir”.

Bunu VOİCEPRESS-ə açıqlamasında “Azəravtoyol” ASC-nin Mətbuat Katibliyinin rəisi Anar Nəcəfli bildirib.

Onun sözlərinə görə, artıq bu gündən etibarən sözügedən dairəyə Azərbaycan prospekti tərəfdən daxil olmaq məhdudlaşdırılıb: “Nəqliyyat vasitələri Səməd Vurğun küçəsi ilə kəsişmədə yaradılan yeni geri dönmə hissədən istifadə edərək hərəkətlərinə davam edə bilərlər”.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here