Türkyəli məşhur aktrisa HƏBS EDİLDİ

29 Mart, 13:25

Türkiyəli məşhur aktrisa Nurseli İdiz İstanbulda polisə müqavimət ittihamı ilə haqqında açılan iddiayla əlaqədar İzmirdə saxlanılıb.

Hava limanında nəzarətə alındıqdan sonra ifadə vermək üçün İzmir prokurorluğuna gətirilərək hakim önünə çıxarılıb. Hakim Nurseli İdizin polisə müqavimət ittihamı ilə deyil, İstanbul Ədliyyə Tibb Şöbəsində tapılan bağlamaya görə ifadə verməsi üçün axtarışa verildiyini deyib. İfadə vermək üçün ona bir həftə müddət verilib. İdiz daha sonra sərbəst buraxılıb.

VOİCEPRESS xəbər verir ki, təxminən 5 saat nəzarətdə saxlanılan Nurseli İdiz İHA-ya verdiyi açıqlamada “İstanbulda polisə müqavimət ittihamı ilə haqqımda açılan iddiada ifadə vermədiyim üçün saxlanıldım. Nəzarətə alındıqdan sonra polislər tərəfindən İzmir prokurorluq binasına gətirdilər. Burada 2 saat gözlədikdən sonra məhkəmədə hakim qarşısına çıxdım. Hakim polisə müqavimət səbəbiylə haqqımda həbs qərarı olmadığını, yalnız Ədliyyənin tibb şöbəsində tapılan bağlamaya görə ifadə verməyimin lazım olduğunu söylədi. Mən də müddət verilməsi təqdirdə ifadə verməyə gedəcəyimi söylədim. Hakim bir həftəlik müddət verdikdən sonra polis tərəfindən sərbəst buraxıldım. Yəni bir səhv səbəbiylə nəzarətə alındım” deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here