Türkiyəli ixracatçılar Azərbaycana səfər edəcək

27 Mart, 15:13

Türkiyənin İxracatçılar Assosiasiyasının nümayəndə heyəti 2-6 may tarixlərində Azərbaycana və Gürcüstana səfər edəcəklər.

VOİCEPRESS
-in məlumatına görə, bunu Assosiasiyanın rəhbəri Əhməd Həmdi Gürdoğan deyib.

Onun sözlərinə görə, səfər ölkələr arasında iqtisadi əməkdaşlığın inkişaf etdirilməsi məqsədilə reallaşdırılır: “Son illərdə Türkiyənin Azərbaycan və Gürcüstanla ticarət əlaqələri artsa da, bu hələ də istənilən səviyyədə deyil. 2016-cı ildə Türkiyənin şərqi Qara dəniz regionu üzrə ixracatının 13 faizi Gürcüstanın və yalnız 1,7 faizi Azərbaycanın payına düşüb. Bu göstərici regionun real potensialını əks etdirmir”.

Assosiasiyanın rəhbəri bildirib ki, nümayəndə heyətinin səfəri çərçivəsində sahibkarların ikitərəfli görüşləri keçiriləcək.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here