Qəhrəman şəhidin dəfn mərasimində rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul şəxsləri, şəhidin xidmət etdiyi hərbi hissənin əsgər və zabit heyəti, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin əməkdaşları, Milli Məclisin deputatı Musa Qasımlı, ictimaiyyət nümayəndələri və şəhidin doğmaları iştirak edib.
Şəhidin tabutu üzərinə sərilən Azərbaycan bayrağı onun atasına təqdim edilib. Fəxri qarovul dəstəsinin yaylım atəşi və alqış sədaları altında şəhid son mənzilə yola salınıb.
Şəhidin atası Yaşar oğlu haqqında bunları deyib: “Vətəni canından çox istəyirdi. Onun əmiləri də hərbçi olublar. Şahlar ötən ilin avqust ayında ailə həyatı qurmuşdu. Bir-iki aydan sonra övladı dünyaya gələcək”.
“Təəssüf ki, o, övladını görə bilmədi”- deyə, o, göz yaşlarını saxlaya bilmədi.
Onu da qeyd edək ki, Şahların atası Yaşar kişi də ağır xəstədir.
VOİCEPRESS.AZ