“Manat heç vaxt 2015-ci ilin fevralın 21-i tarixində olduğu kimi bir nöqtədə ilişib və donub qalmayacaq…”
Bu sözləri VOİCEPRESS-ə açıqlamasında iqtisadçı-ekspert Pərviz Heydərov deyib:
“Əvvəla, birmənalı şəkildə qeyd etmək istəyirəm ki, əlinizdə olan vəsaitiniz yalnız cari xərclər üçün yetərlidirsə, heç nəyi heç vaxt dollara dəyişməyin. Dollar qalxıb lap, 5 manat olsa belə, əmanətlərinizin dollara çevrilməsində israrçı olmamağınız məsləhətdir. Çünki, bunun heç bir mənası yoxdur. Bu gün 200 manata ala biləcəyiniz bir şeyi və yaxud görə biləcəyiniz işi dollar sabah yüksələrək lap, 10 manat da olsa belə, bu gün dollara dəyişib sabah 2000 manat da etsəniz, yenə bundan artıq heç nə əldə edə bilməyəcəksiniz! Yəni, bu gün 200 manatlıq alına bilən bir məhsul və görülən iş, dollar sabah bahalaşanda da elə 2000 manatlıq olacaq.
İkincisi, yox əgər, əlinizdə məsələn, ən tezi 2018-ci ildə görmək istədiyiniz iş üçün vəsait varsa, onda o pulu elə dollarda saxlayın. Və manat bahalaşaraq lap, 0,78 qəpiyə qayıtsa da belə, dolları dəyişməyin!
Və ən nəhayət üçüncüsü, bilin və bunu birdəfəlik qəbul edin ki, manat bundan sonra bahalaşa və ucuzlaşa bilər. Amma 2015-ci ilin fevralın 21-i tarixinədə olduğu kimi bir nöqtədə ilişib və donub qalmayacaq. Həmin dövr artıq, arxada qaldı. Yəni, manat müəyyən ay ərzində sürətlə ucuzlaşacaq, digər ay ərzində isə bahalaşacağı gözlənilir.
Və bu artıb-azalma çox güman ki, 1.65-2,05 azn aralığında olacaq… Bu proqnozu biz ən azı 2017-ci il ərzində müşahidə edəcəyik”.
Aysel İsgəndərova
VOİCEPRESS.AZ