Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib

6 Fevral, 22:26

Böyük Britaniyanın baş naziri Tereza Mey İranın nüvə proqramına dair sazişi dəstəkləyib, lakin rəsmi Tehranın Yaxın Şərq siyasətinə sayıq yanaşmağın vacibliyini vurğulayıb.

VOİCEPRESS-in TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın baş nazirinin mətbuat katibi bildirib.

“Baş nazir qətiyyətlə bəyan edib ki, Böyük Britaniya İranın nüvə proqramına dair sazişi dəstəkləyir”, deyə mətbuat katibi vurğulayıb.

Qeyd edək ki, bu gün Tereza Mey İranla bağlı sazişin ən böyük əleyhdarı olan İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşüb.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here