İki kənd yer üzündən silindi

6 Fevral, 23:43

Əfqanıstan-Pakistan sərhədinə yaxın, Əfqanıstanın Nuristan bölgəsini vuran qar uçqunu can almağa davam edir.

VOİCEPRESS-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, son üç gündə qar uçqunu yalnız bir kənddə 53 nəfərin həyatına son qoyub. İki kəndin tamamilə qar altında qalması nəticəsində isə ölənlərin sayı 106-ya çatıb, 50 nəfərdən çox insan isə yaralıdır.

İntensiv qar yağışı səbəbindən yollar bağlı olduğu üçün xilasedicilər uçqun altında qalan Pakistanın Çitral kəndinə gedə bilmirlər. Bu kənddə yüzlərlə insanın da itkin düşdüyü deyilir.

Pakistan Fövqəladə Hallar nazirliyi qar uçqunu nəticəsində 150 evin yox olduğunu, 50 evə isə ciddi ziyan dəydiyini deyir.

Fəlakət bölgəsindən ilk fotolar artıq sosial mediada paylaşılır. Xilasedicilərin ağır şərtlər altında işlədiyi görünür.

Bu arada, Əfqanıstanın paytaxtı Kabil yaxınlığına da qar uçqunu düşdüyü bildirilir. Ərazidə qar yağışının davam etməsi səbəbindən ölü sayının artacağı da istisna edilmir.




VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here