Tramp yəhudi lideri Ağ Evdə qəbul edəcək

31 Yanvar, 08:10

ABŞ prezidenti Donald Tramp fevral ayının 15-i İsrailin baş naziri Binyamin Netanyahu ilə görüşəcək.



VOİCEPRESS-in verdiyi məlumata görə, bu barədə press-brifinq zamanı Ağ Evin nümayəndəsi Şon Spayser deyib.

Onun sözlərinə görə, İsrailin baş naziri fevralın 15-də ABŞ-a səfər edəcək.

Şon Spayser bildirib ki, Donald Tramp prezident səlahiyyətlərinə rəsmən başlayandan sonra telefonla danışdığı ilk liderlər arasında Benyamin Netanyahu da var.

“İki ölkə arasındakı əlaqələrə əhəmiyyət verilir. Tramp İsraillə müttəfiqliyə xüsusi dəyər verir”, – Şon Spayser deyib.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here