İŞİD və “Taliban” bir-birinə cihad elan etdi

11 Yanvar, 16:08

“İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə “Taliban”ın bir-birinə cihad etdiyi iddia olunub.

VOİCEPRESS modern.az-a istinadən bildirir ki, bu haqda “Azadlıq” radiosunun Pakistan bölməsi olan “Maşal” radio məlumat yayıb.
Radionun məlumatında bildirilir ki, Əfqanıstanın cənubundakı Gilmend əyalətinin polis idarəsinin rəhbəri Nabi Can Mullaheyla hüquq-mühafizə orqanlarında İŞİD-lə “Taliban”nın bir-brinə cihad elan etməsi ilə bağlı müvafiq sənəd olduğunu vurğulayıb.

Əfqanıstanın bəzi vilayətlərində iki terror qruplaşması arasında toqquşmaların baş verdiyi də qeyd edilir.
Son illər bir-birini rəqib sayan terror qruplaşmalarının liderlik uğrunda mübarizə apardığı da istisna olunmur.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here