Manat bahalaşdı

11 Yanvar, 16:12

Azərbaycan Mərkəzi Bankı 11 yanvar tarixinə valyuta məzənnələrini açıqlayıb.

Mərkəzi Bankdan VOİCEPRESS-ə verilən məlumata görə, yanvarın 11-ə olan rəsmi məzənnələrə əsasən, ABŞ dollarının rəsmi məzənnəsi 1,7742 manat təşkil edir.

Avro isə manata nisbətən ucuzlaşıb. Avrozonanın vahid valyutası 0,56% zəifləyərək 1,8719 manat olub.

Rusiyanın milli valyutası rublun məzənnəsi 0,34% ucuzlaşaraq 0,0295 manat səviyyəsində qərarlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 2,68% zəifləyərək 0,4648 manat təşkil edib.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1575 manatdır. Beləliklə, funt sterlinqin məzənnəsində 0,1%-lik artım baş verib.

Gürcüstan larisinin məzənnəsi də 0,05% möhkəmlənərək 0,6472 manat olub.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here