Reks Tillerson: “Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram”

28 Yanvar, 19:40

“Regionda stabilliyin və inkişafın təmin olunması üçün Azərbaycan və Ermənistan hökumətləri ilə işləməyə hazıram”.



VOİCEPRESS apa-ya istinadən xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi vəzifəsinə namizəd Reks Tillerson Senatdakı dinləmələr zamanı bildirib.

Onun sözlərinə görə, regionda sülhün bərqərar olunması üçün tərəflər arasında əldə olunan razılaşmaların şərtlərinin yerinə yetirilməsi zərüridir.

Ermənistan-ABŞ əlaqələrinin inkişafının tərəfdarı kimi tanınan senator Edvard Markeyin “rəsmi Yerevanın blokada şəraitindən çıxarılması istiqamətində hansı addımları atmaq niyyətindəsiniz?” sualına cavab olaraq R.Tillerson deyib ki, Ermənistan-Türkiyə diplomatik əlaqələrini normallaşdırmağa çalışacaq.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here