Hər fəslin hər gözəlliyi olsa da, qış fəsli bir ayrı gözəldir.
Yəqin ki, onu gözəlləşdirən və fərqləndirən ən əsas özəlliyi də “sahib olduğu” qar yağışıdır. İlin yalnız bu fəslində qara rast gəlmək olur və kiçikdən böyüyə hər kəsin sevincinə səbəb olur.
Yanvarın 27-dən başlayaraq Azərbaycanın əksər bölgələrinə qar yağır. Təbiətin ağ örpəyə bürünməsi əsrarəngiz qış mənzərələri yaradıb.
Azərbaycanın müxtəlif bölgələrindən olan oxucularımız redaksiyamıza çəkdikləri maraqlı qış mənzərələrini özündə əks etdirən fotolar göndərib.
VOİCEPRESS həmin fotoları təqdim edir:
Aysel İsgəndərova
VOİCEPRESS.AZ