ABŞ-da Trampın fərmanı ilə bağlı etiraz aksiyaları keçirilib

29 Yanvar, 10:09

ABŞ-ın bir neçə şəhərində bu ölkənin miqrasiya siyasətinin sərtləşməsi əleyhinə etiraz aksiyaları keçirilib.



VOİCEPRESS bildirir ki, report xəbər verir ki, bu barədə “CNN” teleşirkəti məlumat yayıb.
Məlumata görə, aksiya iştirakçıları prezident Donald Trampın müsəlman ölkələrinin vətəndaşlarının ABŞ-a müvəqqəti gəlişinin qadağan edilməsi ilə bağlı fərmanının ləğvini tələb ediblər. Bu qəbildən olan ən böyük aksiya Nyu-Yorkdakı Con Kennedi adına Hava Limanı ərazisində keçirilib. Aksiyada 1000-ə yaxın etirazçı iştirak edib.

Qeyd edək ki, yanvarın 28-də bu hava limanında müsəlman ölkələrindən gəlmiş 20 nəfər saxlanılıb. Etiraz aksiyası keçirənlər arasında saxlanılanların da yaxınları var.
Bununla yanaşı, Denver (Kolorado ştatı), Çikaqo (İllinoys ştatı) və Vaşinqton şəhərlərində də etiraz aksiyaları keçirilib. Kütləvi tədbirlərdə bir neçə yüz insan iştirak edib. Onlar əllərində üzərinə “Qaçqınları buraxın, “Vizası olanların gəlişinə icazə verin” və digər şüarlar yazılmış transparantlar tutublar.

VOİCEPRESS.AZ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here