Amerika kəşfiyyatının hazırladığı hesabat mediaya sızdı
ABŞ-ın kəşfiyyat təşkilatları CIA, NSA və FBI, keçən həftə prezident Barak Obama və yeni seçilmiş prezident Donald Trampa, Rusiyanın ABŞ-da keçirilən seçkilərə müdaxilə etdiyini göstərən hesabat təqdim etdi.
VOİCEPRESS-in “Milliyət”ə istinadən verdiyi xəbərə görə, Trampa təqdim edilən gizli sənədlər və qeydlərin bir qismini “CNN International” ortaya çıxardıb.
Xəbərə görə, Rus Gizli Kəşfiyyat Xidməti FSB, Trampı şantaj etmək üçün onun fərdi və maliyyə məlumatlarını ələ keçirərək haqqında xüsusi dosye hazırlayıb. Sözügedən dosyenin 35 səhifə olduğunu bildirən CNN, rəsmi Moskvanın həm Respublikaçılar, həm də Demokratlarla bağlı ayrıca gizli sənədlər hazirladığını da yazır. CNN-in xəbərinə görə, Rusiya seçkilərdən əvvəl yalnız Demokratlar haqqında olan məlumatları paylaşıb.
35 səhifəlik sənədi nümayiş etdirən “Buzzfeed” isə, faylların içində Trampın seks kasetinin də yer aldığını yazır. Xəbərə görə, kasetlərdən biri Trampın Moskva səyahəti zamanı qaldığı “Ritz Carlton Hotel”in lüks nömrəsində çəkilib. Üç il əvvəl əldə olunan həmin kasetdə Trampın fahişələrlə birlikdə olduğu iddia edilir.
VOİCEPRESS.AZ