VOİCEPRESS trend-ə istinadən bildirir ki, səfirlikdən verilən məlumata görə, məqalədə Azərbaycanın son illərdə əldə etdiyi nailiyyətlər, ölkədə həyata keçirilən iqtisadi islahatlar, ölkəmizin ev sahibliyi etdiyi mötəbər beynəlxalq tədbirlər, eləcə də Azərbaycanın hazırda üzləşdiyi çağırışlar və onlara cavab olaraq atılan adekvat addımlar barədə bəhs olunur. Azərbaycan iqtisadiyyatının enerji və nəqliyyat-tranzit sahələrini əhatə edən qlobal əhəmiyyətli layihələrdən bəhs edilərək, bu layihələrin ölkəmizin imkanlarını artırmaqla yanaşı, regional və beynəlxalq əməkdaşlığın inkişafı işinə də xidmət edəcəyi qeyd olunur.
Məqalədə, həmçinin əsrlər boyu müxtəlif etnik qruplar və dini icmaların nümayəndələrinin Azərbaycanda sülh, qarşılıqlı anlaşma və dialoq şəraitində yaşadıqları qeyd olunur, ölkəmizdə multikulturalizm siyasətinin davam etdirilməsi istiqamətində atılmış addımlar barədə geniş məlumat verilir.
Qeyd edək ki, Bolqarıstanın ən böyük nəşriyyat qrupu olan “Media Group Bulgaria” tərəfindən 1991-ci ildən bolqar dilində nəşr olunan “24 часа” gündəlik qəzeti həftə içi 52 200 nüsxə, həftə sonu isə 97 820 nüsxə tirajla bütün Bolqarıstanda yayılır.
VOİCEPRESS.AZ