Hadisə zamanı şaxtaçılar yerin altında qalıb
Çində kömür şaxtasının uçması nəticəsində 9 nəfər ölüb.
VOİCEPRESS “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə “Sinhua” agentliyi məlumat yayıb.
Məlumata görə, hadisə ölkənin şimalında, kömür şaxtası şəhəri Şoçjouda işçilərin qabaqlayıcı işlər gördüyü zaman baş verib. Hadisə nəticəsində şaxtaçılar yerin altında qalıb.
Agentlik bir işçinin xilas edildiyini xəbər verib. O, xəstəxanaya çatdırılıb və səhhəti normaldır.
Hadisənin başvermə səbəbləri araşdırılır.
VOİCEPRESS.AZ