Azərbaycan Respublikasinin fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərov 2015-ci ilin oktyabrında cəbhə bölgəsində xidməti vəzifəsini yerinə yetirərkən bir gözünü və bir ayağını itirmiş kəşfiyyatçı baş leytenant Kamil Musəvi ilə görüşüb.
VOİCEPRESS xəbər verir ki, bu barədə Kamil Musəvi öz feysbuk səhifəsində məlumat verib:
“Azərbaycan Respublikasinin fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun qəbulunda oldum. Məni dinləyən cənab nazir sonda öz göstərişlərini verdi. Nəticəsi qısa bir zamanda hər kəsə bəlli olacaq. İnanıram ki, bu qərar məni sevən hər kəsin ürəyincə olacaq”.
VOİCEPRESS.AZ