DOLAR
50,30 ₺
EURO
56,07 ₺
STERLİN
67,14 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Zelenski: ABŞ müharibənin dayandırılması üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir

“ABŞ müharibənin dayandırılması müqabilində Ukraynanın Donbasdan çıxmasını istəyir”.

|
Zelenski: ABŞ müharibənin dayandırılması üçün Ukraynadan Donbasdan imtina etməyi tələb edir

“ABŞ müharibənin dayandırılması müqabilində Ukraynanın Donbasdan çıxmasını istəyir”.

VOİCEPRESS xəbər verir ki, bunu Ukrayna prezidenti Volodimir Zelenski Dublində İrlandiyanın Baş naziri Mixol Martinlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Vaşinqton danışıqlar zamanı Donbas məsələsini mütəmadi olaraq gündəmə gətirir və Ukraynanın öz ərazisindən geri çəkilməli olduğunu düşünür.

“Onlar müharibəni dayandırmaq üçün bizim öz ərazimizdən çıxmalı olduğumuzu düşünürlər. Ölkəmizin müstəqilliyindən söhbət gedərkən bizimlə belə danışmaq mümkün deyil”, – Zelenski vurğulayıb.

Ukrayna Prezidenti ABŞ tərəfinin ərazi məsələsinin həlli üçün müxtəlif variantlar axtardığını, lakin belə həssas məsələlərin dövlət başçıları səviyyəsində müzakirə edilməli olduğunu qeyd edib.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR