DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Zelenksi: “Rusiya Ukraynanı həmişəlik itirdi”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanı həmişəlik itirdiyini bəyan edib. Voicepress.az xəbər verir ki, Zelenski Teleqram hesabında yayımladığı…

|
Zelenksi: “Rusiya Ukraynanı həmişəlik itirdi”

Ukrayna prezidenti Vladimir Zelenski Rusiyanın Ukraynanı həmişəlik itirdiyini bəyan edib.

Voicepress.az xəbər verir ki, Zelenski Teleqram hesabında yayımladığı videomüraciətdə Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə ilə bağlı açıqlamalar verib. Rusiya ordusunun Ukraynanın Zaporojye və Xerson vilayətlərində dinc sakinlərə qarşı “terror” əməliyyatları həyata keçirdiyini bildirən Zelenski, “İşğalçılar Ukrayna ordusu və ya dövlət qurumları ilə əlaqəsi olan hər kəsin arxasınca getməklə, işini asanlaşdıracağını düşünürlər. Onlar regiona nəzarət etsinlər. Onlar böyük səhv edirlər və aldadırlar” deyib.

Ukrayna xalqının Rusiyanı ciddiyə almadığını vurğulayan Zelenski, “Rusiya Ukraynanı həmişəlik itirdi. Rusiya bütün dünyanı itirdi və artıq heç bir yerdə qəbul edilmir” deyib.

Ukraynada sülhün qorunmasının vacibliyinə diqqət çəkən Zelenski Ukrayna ordusunun bu istiqamətdə üzərinə düşən vəzifəni uğurla yerinə yetirdiyini vurğulayıb. Ukraynada 918 yaşayış məntəqəsinin işğaldan xilas edildiyi bildirən Zelenski Mariupol şəhərində mülki əhalinin xilası üçün əllərindən gələni etdiklərini qeyd edib.

Rusiyaya qarşı sanksiyalara işarə edən Zelenski, “Ancaq bunlar Rusiyanı dayandırmaq üçün kifayət deyil. Rusiyaya qarşı gələcək sanksiyalar Rusiya neftindən imtinanı da əhatə etməlidir. Dünya Rusiyanın enerjisinə verilən pulun demokratiyanı pozduğuna qərar verməlidir” deyib. Rusiyanın maliyyə sisteminin tamamilə bloklanmasının lazım olduğunu vurğulayan Zelenski bu addımın müharibəni bitirə biləcəyini deyib.

\voicepress.az\

 

 

 

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR