DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Xələc həbsxanasında əsgər yoldaşını güllələyən şəxs tutulub – RƏSMİ

Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb. VOİCEPRESS bildirir ki, Respublika Hərbi Prokurorluğundan APA-ya verilən məlumata…

|
Xələc həbsxanasında əsgər yoldaşını güllələyən şəxs tutulub – RƏSMİ

Salyanda həbsxanada baş vermiş silahlı insidentlə bağlı cinayət işi başlanıb.

VOİCEPRESS bildirir ki, Respublika Hərbi Prokurorluğundan APA-ya verilən məlumata görə, sentyabrın 10-da saat 05:30 radələrində Mühafizə Alayının Salyan rayonu ərazisində yerləşən bölüyünün kiçik çavuşu Əmrah Müftəliyevin mübahisə zəminində əsgər yoldaşı Əyyam Əyyubluya qarşı avtomat silahdan atəş açaraq ona xəsarətlər yetirməsi faktına görə barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanııb və Ə.Müftəliyev şübhəli şəxs qismində tutulub.

Hazırda iş üzrə zəruri istintaq hərəkətlərinin icrası davam etdirilir.

Qeyd edək ki, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Salyan rayonun Yenikənd kəndində yerləşən, “Xələc həbsxanası” kimi tanınan 5 saylı Cəzaçəkmə Müəssisəsində qeydə alınıb. Həmin müəssisədə xidmət edən Ağstafa rayon sakini, 19 yaşlı Əyyam Mamay oğlu Əyyublu güllə yarası ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR