ANAMA-dan VOİCEPRESS-ə daxil olan məlumata əsasən, oktyabrın 8-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi və Sitalçay kəndi ərazisində 1 əkin sahəsinə, 1 otlaq sahəsinə və ferma ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 132 ədəd partlamamış hərbi sursat (PHS), 87 ədəd partlamış-yanmış mərmi qalıqları və 1 608 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 846 000 kv.m (84.60 ha) ərazi yoxlanılıb.
Ümumiyyətlə, 37 gün ərzində 11 065 ədəd partlamamış hərbi sursat (PHS), 4 563 ədəd partlamış-yanmış sursat qalıqları və 23 770 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 42 082 828 kv.m (4 208 ha) ərazi yoxlanılıb.
VOİCEPRESS.AZ