Ukraynadakı müharibədən qaçıb Türkiyənin Alanya şəhərinə sığınan ailədə baş verən ər-arvad davası ailə faciəsi ilə nəticələnib.
Voicepress.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ukraynadakı müharibədən qaçan Oleksiy Oleksiyoviç Navrotski və həyat yoldaşı Y.N. Mayın 21-də saat 08:00 radələrində Alanya Saray Məhəlləsində qaldıqları evdə səbəbi bəlli olmayan məsələ üstündə mübahisə ediblər. Mübahisə böyüdükcə Aleksiy Oleksiyoviç Navrotski bıçaqla həyat yoldaşı Y.N. və qızı T.N. və oğlu K.N.-yə hücum edib. Hücumda Y.N. O, qolundan yaralansa da, qızı və oğlunun həyatını xilas etmək mümkün olmayıb. Cəsədlər eyni tabuta qoyularaq Polşaya ordan da Ukraynanın Lviv şəhərinə göndərilib .
\voicepress.az\