DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Ukrayna və Rusiya arasında neft tranzitinə dair 10 illik müqavilə imzalanıb

Ukraynanın “Ukrtansnafta” və Rusiyanın “Transneft” şirkətləri arasında 10 il müddətinə Ukraynaya neftin ixracına dair müqavilə imzalanıb.VOİCEPRESS-ın xəbərinə…

|
Ukrayna və Rusiya arasında neft tranzitinə dair 10 illik müqavilə imzalanıb


Ukraynanın “Ukrtansnafta” və Rusiyanın “Transneft” şirkətləri arasında 10 il müddətinə Ukraynaya neftin ixracına dair müqavilə imzalanıb.

VOİCEPRESS-ın xəbərinə görə, bu barədə “Ukrtansnafta”nın “Facebook” səhifəsində məlumat verilib.

Bildirilib ki, iki şirkət arasında imzalanan müqavilənin təməl şərtləri dəyişməz olaraq qalır.

“3 dekabrda “Ukrtransnafta” və “Transneft” şirkətləri arasında Ukrayna ərazisinə neft ixracı ilə bağlı əlavə müqavilə imzalanıb. Daha 10 il müddətinə uzadılan müqaviləyə əsasən neft ixracı 1 yanvar 2020-ci ildən 1 yanvar 2030-cu ilə qədər qüvvədə olacaq”, – deyə məlumatda qeyd olunub.

Sənəd Xorvatiyanın Zaqreb şəhərində baş tutan enerji konfransı çərçivəsində imzalanıb.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR