DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türkiyə Moskva müqaviləsinin 100 illiyini qeyd edəcək

Türkiyə Böyük Millət Məclisində (TBMM) spiker Mustafa Şəntopun sədrliyi ilə “16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin 100-cü ildönümündə Türkiyə-Rusiya…

|
Türkiyə Moskva müqaviləsinin 100 illiyini qeyd edəcək

Türkiyə Böyük Millət Məclisində (TBMM) spiker Mustafa Şəntopun sədrliyi ilə “16 mart 1921-ci il tarixli Moskva müqaviləsinin 100-cü ildönümündə Türkiyə-Rusiya münasibətləri paneli” keçiriləcək.

VOICEPRESS xəbər verir ki, panelin açılışında hakim AKP-nin İstanbul üzrə millət vəkili, Türkiyə-Rusiya Sosial Forumunun həmsədri Əhməd Barat Conkar, Bilkənd Universitetinin rektoru Abdullah Atalar və Rusiyanın Türkiyədəki səfiri Aleksey Yerxov çıxış edəcək.

Bundan başqa, Türkiyə-Rusiya İncəsənət Mərkəzinin heyətinin sədri Mixail Meyer telekonfrans vasitəsilə paneldə iştirak edəcək.

100 il əvvəl Moskva müqaviləsinin imzalandığı anları əks etdirən tarixi görüntülər də yayımlanacaq.

Qeyd edək ki, Moskva müqaviləsi 16 mart 1921-ci ildə RSFSR ilə Türkiyə arasında imzalanıb. Müqavilə 16 maddə və 3 əlavədən ibarətdir. Müqavilədə Naxçıvan Azərbaycanın ərazisi kimi təsdiqlənib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR