DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Türk rektor millət vəkilinin təklifini dəstəklədi

Millət vəkili Qənirə Paşayevanın Düzcə Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artırılması təklifi dəstəklənib.VOİCEPRESS.AZ xəbər verir ki…

|
Türk rektor millət vəkilinin təklifini dəstəklədi

Millət vəkili Qənirə Paşayevanın Düzcə Universitetində Qarabağ həqiqətləri ilə bağlı tədbirlərin artırılması təklifi dəstəklənib.

VOİCEPRESS.AZ xəbər verir ki, millət vəkili Düzcə Universitetinin rektoru Nigar Dəmircan Çakar və universitetdə təhsil alan gənclərlə görüşündə onları Qarabağ həqiqətlərinin daha geniş yayılmasına, qondarma erməni soyqırımı yalanlarına qarşı mübarizəyə səsləyib.

Rektor rəhbərlik etdiyi universitetin Azərbaycanla əməkdaşlıqdan böyük məmnuniyyət duyduğunu bildirib və universitetdə təhsil alan azərbaycanlı tələbələrin hər il daha da artması və təhsil almaları üçün şəraitin yaradıldığını qeyd edib.

Q.Paşayeva Azərbaycan universitetləri ilə Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlığın genişlənməsinin vacibliyini qeyd edib.

Millət vəkili görüşdə Azərbaycan həqiqətləri, Dağlıq Qarabağ münaqişəsi, Xocalı soyqırımı ilə bağlı gənclərlə geniş müzakirələr aparıb və bildirib ki, bu mövzular ətrafında konfransların artırılmasına ehtiyac var.

Görüş zamanı Azərbaycan-Türkiyə münasibətləri, bölgədə getdikcə daha da gərginləşən vəziyyət, türk dünyasının bir sıra qanayan yaraları ətrafında söhbətlərlə yanaşı, gənclərin təhsilə, oxumağa, öyrənməyə daha çox meyilləndirilməsinin önəmi barədə də geniş fikir mübadiləsi aparılıb.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR