DOLAR
49,29 ₺
EURO
55,14 ₺
STERLİN
65,16 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Tramp administrasiyasında erməni

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens erməni əsilli Ken Naxiqyanı Tramp-Pens administrasiyasının keçid dövrü üçün məsul şəxs təyin edib. Ermənistan mətbuatı…

|
Tramp administrasiyasında erməni

ABŞ-ın yeni vitse-prezidenti Maykl Pens erməni əsilli Ken Naxiqyanı Tramp-Pens administrasiyasının keçid dövrü üçün məsul şəxs təyin edib. Ermənistan mətbuatı bununla bağlı xəbər yayıb.

VOİCEPRESS musavat.com-a istinadən xəbər verir ki, Naxiqyan Ağ evdə administrasiya rəhbərinin müavini vəzifəsini tutan Rik Dirbornu əvəzləyəcək. “Seçkilərdən sonra Naxiqyanın rolu artıb. Keçid prosesi Naxiqyanın etibarlı əllərindədir”, – Dirborn deyib.

Qeyd edək ki, K.Naxiqyanın qardaşı Kit Naxiqyan seçki kampaniyası dövründə Respublikaçılar Partiyasının üzvü kimi prezidentliyə namizəd Donald Trampın məsləhətçisi olub. Erməni qardaşlar Vaşinqtondakı “Nahigian Strategies” şirkətinin rəhbərləridir.

Belə görünür ki, ermənilər fəaliyyəti dövründə Trampı da ələ almağa, ən azı onun dilindən “soyqırım” ifadəsini qoparmağa çalışacaqlar.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR