DOLAR
50,57 ₺
EURO
55,48 ₺
STERLİN
66,38 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Müsahibə Təhlil Sport Yazarlar Mədəniyyət YanPress
Menü
Dil
Русский Azerbaycan

Tramp: Açıq sərhəd siyasəti dövlətlərin süqutuna səbəb olur

ABŞ Prezidenti Donald Tramp sərt miqrasiya siyasətinin tərəfdarı olduğunu bir daha bəyan edib.

|
Tramp: Açıq sərhəd siyasəti dövlətlərin süqutuna səbəb olur

ABŞ Prezidenti Donald Tramp sərt miqrasiya siyasətinin tərəfdarı olduğunu bir daha bəyan edib.

VOİCEPRESS xəbər verir ki, Tramp bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

“Açıq sərhədlər dövlətləri məhv edir! Mən hakimiyyətə gələnə qədər ABŞ da belə ölkələrdən birinə çevrilməyə çox yaxın idi”, – deyə Amerika lideri bildirib.

Tramp bundan əvvəl də bir sıra ölkələri, o cümlədən ABŞ-nin Avropadakı müttəfiqlərini yumşaq miqrasiya siyasətinə görə tənqid edib.

Qeyd edək ki, ABŞ Prezidenti vəzifəsinin icrasına başladıqdan sonra Meksika ilə sərhəddə fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. O, həmçinin ölkə tarixində ən genişmiqyaslı qanunsuz miqrant deportasiyasını həyata keçirmək niyyətində olduğunu açıqlayıb.

Trampın siyasi rəqibləri isə onun administrasiyasını miqrasiya ilə mübarizədə həddindən artıq sərt tədbirlər görməkdə və səlahiyyətlərini aşmaqda ittiham edirlər.

VOİCEPRESS

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR