Türkiyənin İzmir vilayətində metallurgiya zavodunda baş verən partlayış nəticəsində həyatını itirənlərin sayı 16 nəfərə yüksəlib.
VOİCEPRESS xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.
“İzmir vilayətinin Aliağa rayonunda metallurgiya zavodunda baş verən partlayış nəticəsində 16 nəfər həyatını itirib, 13 nəfər yaralanıb. Yaralılardan ikisinin vəziyyəti ağırdır”, – Ərdoğan deyib.
Türkiyə Prezidenti hadisə ilə bağlı araşdırma aparıldığını bildirib.
“Ölkəmizi dərindən kədərləndirən bu faciənin səbəbləri və başvermə şəraiti, eləcə də hadisədə təqsiri və məsuliyyəti olan şəxslər müəyyən ediləcək”, – dövlət başçısı vurğulayıb.
VOİCEPRESS