DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Təbii qaza tələbatın artacağı proqnozu verildi

2021-ci ildə qlobal təbii qaz tələbatının artacağı gözlənilir. VOİCEPRESS  xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib…

|
Təbii qaza tələbatın  artacağı proqnozu verildi

2021-ci ildə qlobal təbii qaz tələbatının artacağı gözlənilir.

VOİCEPRESS  xəbər verir ki, bu proqnozla Beynəlxalq Enerji Agentliyi (IEA) çıxış edib.

Agentliyin proqnozuna görə, cari ildə qlobal qaz tələbatı keçən ilə nisbətən 110 milyard kubmetr artacaq. Qaz tələbatında cari ildə 2,8 faiz artım gözlənilsə də, iqtisadi artımla bağlı qeyri-müəyyənliklər səbəbindən təbii qaz bazarı hələ də kövrəkdir.

Qlobal təbii qaz tələbatının bu il 2020-ci ilə nisbətən 2,8 faiz (110 milyard kubmetr) artaraq 4,02 trilyon kubmetr olacağı proqnozlaşdırılır. Gözlənilən tələbat artımı 2009-cu il maliyyə böhranından sonra 2010-cu ildə yaşanan 7,5 faizlik artımdan xeyli aşağıdadır.

Afrika, Asiya, Cənubi Amerika və Yaxın Şərqdəki inkişaf etməkdə olan bazarların builki qaz tələbatında əsas rol oynayacağı və artımda 70 faizlik paya sahib olacağı proqnozlaşdırılır.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR