DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

Stoltenberq Ərdoğana TƏŞƏKKÜR ETDİ

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana taxıl dəhlizi sazişinin davam etdirilməsindəki roluna görə təşəkkür edib. Bu…

|
Stoltenberq Ərdoğana TƏŞƏKKÜR ETDİ

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana taxıl dəhlizi sazişinin davam etdirilməsindəki roluna görə təşəkkür edib.

Bu barədə Stoltenberq özünün “Twitter” hesabında məlumat yayıb.

O, Ərdoğanın qonağı olmasından məmnun olduğunu bildirib.

“Ukrayna taxıl müqaviləsinin davam etdirilməsində mühüm rol oynadığı üçün prezident Ərdoğana təşəkkürümü çatdırdım”, – Stoltenberq yazıb.

Baş katib Ərdoğanla görüşdə Finlandiya və İsveçin NATO-ya üzvlük müraciətlərinin yekunlaşdırılmasını müzakirə etdiklərini bildirib və iki ölkənin üzvlüyünün ittifaqı gücləndirəcəyini vurğulayıb.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR