DOLAR
49,09 ₺
EURO
55,74 ₺
STERLİN
65,29 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri və…

|
SOS: Bəzi avtomobil yollarında sürüşmələr aktivləşdi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Geoloji Planalma Ekspedisiyasının mütəxəssisləri tərəfindən aparılan müşahidələr nəticəsində Bakı şəhəri və Abşeron yarımadasının mövcud sürüşmə yerlərinin bir çoxunda stabillik qeydə alınıb.

VOİCEPRESS xəbər verir ki, ETSN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Bakı-Şamaxı avtomobil yolunun 106-111-ci kilometrliyində, Zığ-1, Maştağa-Zabrat, Daş Karxanası, Qala qəsəbəsi ərazilərində sürüşmə, uçqun və subasma proseslərinin dinamikasında nisbi aktivlik müşahidə olunub.

Məlumatda bildirilib ki, respublikanın rayonlarında keçirilən monitorinqlər zamanı Astara rayonunun Kijəbə, Deqədi-Pəlikeş avtomobil yolunun 5, 7, 8, 10-cu, Lənkəran-Lerik yolunun 17-19, 23, 27-29, 40 və 45-47-ci kilomertliklərində, Lənkəran rayonunun Gəgiran, Lerik rayonunun Soru, Kirəvud, Veri-Əliabad sürüşmə sahələrində nisbi aktivlik qeydə alınıb.

Masallı rayonunun Güllütəpə, Zuvand, Cəlilabad rayonunun Cəlilabad-Cəngan-Soltankənd avtomobil yolunun 12-13 və 17-ci kilometrliyində, Gədəbəy rayonunun Arıqıran, İsmayıllı rayonunun İstisu, Sədiyan, Xankəndi, Diyallı, Ağsu aşırımı boyu, Muğanlı- İsmayıllı avtomobil yolunun 2-11, 23-24, 27-29-cu kilometrliyində, Basqal-Sulut avtomobil yolunun 10-cu kilometrliyində ekzogen-geoloji proseslərin dinamikasında nisbi aktivlik müşahidə edilib.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR