DOLAR
49,11 ₺
EURO
55,48 ₺
STERLİN
65,08 ₺
ALTIN
2.580,00 ₺
BITCOIN
93.500 ₺
FAİZ
50,00%
Siyasət İqtisadiyyat Ölkə içi Dünya Sport Maraq Müsahibə Təhlil
Menü
Dil
Русский Azerbaycan

“Son 15 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb” – Nazir

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Bakıda "Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı" mövzusuna…

|
“Son 15 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb” – Nazir

İqtisadiyyat Nazirliyinin və Azərbaycan Sahibkarlar Konfederasiyasının təşkilatçılığı ilə Bakıda “Azərbaycanda sənayenin və sahibkarlığın inkişafı” mövzusuna həsr edilən tədbir keçirilib. VOICEPRESS.AZ “Report”a istinadən xəbər verir ki, tədbiri iqtisadiyyat naziri Şahin Mustafayev açaraq Azərbaycanda sahibkarlığın inkişafı üçün yaradılan şərait barədə məlumat verib.

Nazir bildirib ki, son 15 ildə ölkə iqtisadiyyatı üç dəfədən çox artıb: “Qeyri-neft sektorunda 2,8 dəfə, həmçinin sənaye istehsalında 2,6 dəfə artım müşahidə edilib. Qeyri-neft sənayesi 2,2 dəfə, əsas kapitala yönəldilmiş investisiyalar 3 dəfə, dövlət büdcəsinin gəlirləri isə 13,5 dəfə artıb”.

Ş.Mustafayev deyib ki, qeyri-neft məhsullarının ixracı ötən il 30%-ə yaxın artıb: “Bu il isə 10% artım gözləyirik”.

Qeyd edək ki, tədbirdə sənaye və sahibkarlıq sahəsində fəaliyyət göstərən şirkətlər müxtəlif nominasiyalar üzrə mükafatlandırılıblar.

VOİCEPRESS.AZ

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR